Qusarda polislər meşəbəyini döydü – FOTObackend

Qusarda polislər meşəbəyini döydü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə oktyabrın 13-ü, saat 16 radələrində, Qusar rayonunda, meşə gözətçisi Abdullayev Səbuhi Nurəddin oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən, rayon Polis Şöbəsinin iki əməkdaşı, Ədalət və Əsman adlı polislər tərəfindən vəhşicəsinə döyülüb.

Polislər tərəfindən döyülərək meşədə atılıb qalan meşə gözətçisini isə, onun yoxluğundan narahat olaraq axtaran qohumları meşədə huşsuz və köməksiz halda taparaq, rayon xəstəxanasına gətiriblər.

İki polis tərəfindən döyülərək, ağır bədən xəsarətləri alan Səbuhi Abdullayev Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hal-hazırda reanimasiya şöbəsindədir.

Qusarda polislər meşəbəyini döydü - FOTO

Qusarda polislər meşəbəyini döydü - FOTO

Qusarda polislər meşəbəyini döydü - FOTO

Qusarda polislər meşəbəyini döydü - FOTO

Qusarda polislər meşəbəyini döydü - FOTO

İnterpress.az