İŞİD-çi qadınlar və uşaqlar Azərbaycana gətirilirbackend

İŞİD-çi qadınlar və uşaqlar Azərbaycana gətirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.

Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan gəldiyi güman edilən qadın deyib ki, \”Biz kiminsə öldürüldüyünü görməməmişik: “Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər\”.

Həmin qadınların, uşaqların Azərbaycana gətirilməsi, onların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə verilməsi nəzərdə tutulub. Amma həmin qadınların terrorçu qruplaşamalara qoşulma ehtimalları və müəyyən cinayətlərdə iştirakları Azərbaycan tərəfi üçün bəzi tərəddüdlər doğurur. Ona görə də qadınların ölkəyə gətirilməsi istiqamətində dəqiqləşmələr və danışıqlar aparılır.

İnterpress.az