Prezidentlərin görüşündən gözləntilərbackend

Prezidentlərin görüşündən gözləntilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri BakuPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli prezident İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyanın bu gün Cenevrədə baş tutacaq görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistanın yerinə yetirilməsi mümkünsüz olan tələblər irəli sürməsi işi çətinləşdirib: \”Rusiyanın mövqeyində qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənlik Ermənistanı ruhlandırır. Üstəlik Ermənistan yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürür. Məsələn, Qarabağa status verilməsi, rus qoşunlarının mövqeyə gətirilməsi və s. Ona görə də danışıqlar əhəmiyyətlidir. Təbii ki, danışıqlar müəyyən məsələləri irəlilədəcək. Amma məsələnin kökündən həllinə kömək edə bilməz”.

Politoloq bildirib ki, ATƏT-in MİNSK qrupunun həmsədrləri bu gün yeni təkliflərlə çıxış edəcək: \”Bu təkliflərə uyğun olaraq da prezidentlər müzakirə aparacaq. Düzdür, bu təklifləri çox gizli saxlayırlar, ona görə də bu barədə bir fikir söyləmək mümkün deyil. Amma günün axırına qədər əsas təfərrüatlar aydın olacaq”.

Qeyd edək ki, prezident İlham Əliyevlə Serj Sarkisyan sonuncu dəfə 1 il 4 ay bundan əvvəl – 2016-cı iyununda, prezident Vladimir Putinin vasitəçiliyi ilə görüşmüşdülər.

İnterpress.az