Prezidentlər cəbhədəki vəziyyəti müzakirə edəcəkbackend

Prezidentlər cəbhədəki vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən düşünmürəm ki, bu görüş hər hansı sıçrayışa və irəliləməyə səbəb olacaq. Çünki tərəflərin mövqeləri bir-birinə əksdir”.

Bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı politoloq Aleksandr Skakov prezidentlərin görüşünün perspektivini şərh edərkən deyib.

Skakov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli danışıqların həyata keçirilməsi üçün tərəflərə müraciət ediblər.

O söyləyib ki, Azərbaycan və Ermənistandakı ictimai əhval-ruhiyyə tərəflərin bir-birinə güzəştə getməsinə imkan vermədiyinə görə, Cenevrə görüşündən nəsə gözləməyə dəyməz.

Politoloq müzakirələrdə cəbhə xəttində vəziyyətin sabitləşəcəyi ilə bağlı gündəmə nələrin gətirilməsi ilə bağlı sualı da cavablandırıb.

“Düzünü desək, mən cəbhədəki vəziyyətin stabilləşməsi üçün müzakirələrdə hansı variantların gündəmə gətiriləcəyini dəqiq bilmirəm”-deyən Skakov əlavə edib ki, cəbhədəki vəziyyətlə əlaqədar hansısa razılıqların reallaşdırılması imkanları aşağıdır.

“Görüşdə cəbhəki durumla bağlı məsələ qaldırılacaq, lakin hər hansı qərarın qəbul edilməyəcək. Münaqişənin hərətərəfli nizama salınması prosesinə gəlincə, bunun üçün plan olmalıdır. Özü də hər iki tərəfin maraqlarına cavab verən bir plan. Mən isə belə bir plan görmürəm.

Bu plan perspektiv üçün də görünmür. Buna görə də, tərəflər indi yalnız texniki məsələləri müzakirə edə bilərlər, münaqişənin sülh yolu ilə ciddi şəkildə həllindən isə danışmaq düz deyil”- ekspert belə hesab edir.

İnterpress.az