Qadınılar “Azərbaycan” qəzetində tənqid edildibackend

Qadınılar “Azərbaycan” qəzetində tənqid edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Qadının kişi kimi rəqs etməsi onu kobud göstərir” başlıqlı yazıda el şənliklərində milli adət-ənənələri pozaraq rəqs edən qadınlar tənqid olunub. Həmin yazını təqdim edirik:

Rəqs incəsənətin bir növüdür. Musiqi kimi rəqslərin də janrı, mövzusu, \”dili-üslubu” var. Milli rəqs onlardan biridir. Rəqs tarixi melodik musiqidən də qədimdir. İlk rəqs nümunələri melodiyasız – ritm üzərində qurulub.

Rəqs təkamül etdikcə ritmik hərəkətlərə insanların hiss və ruh hallarını, eləcə də milli adət-ənənələrini ifadə edən xoreoqrafiya elementləri də əlavə olunub. Beləcə, rəqs məna kəs edən süjetli kompozisiyaya dönüb, özündə milli dəyərləri ehtiva edib. Musiqi altında hər hərəkət rəqs deyildir. Təəssüf ki, son dövrlər el şənliklərində, toylarda, televiziya verilişlərində, şou-konsertlərdə belə \”rəqs” nümunələrinə daha çox rast gəlinir. Halbuki Azərbaycan milli rəqsi fərdi, cüt, qrub şəklində ifa, eləcə də mövzu rəngarəngliyi ilə zəngindir. Yəni, hər rəqsin öz təyinatı, yeri, məqamı və ən başlıcası, mənası var. Eyni zamanda, milli folklorumuzda kişi və qadın rəqsləri hərəkət elementlərinə görə fərqlidir. Azərbaycan milli rəqslərində qadın quş kimi uçub, sona kimi süzüb – zərifliyi, incəliyi ilə ətrafa gözəllik, nəciblik saçıb. Kişilərin rəqs mövzuları və hərəkətləri isə cəsarət, mərdlik, igidlik elementləri ilə seçilib.

Əvvəllər toylarda gözəl rəqsi ilə diqqət çəkən kişi və ya qadın az olardı. Müasir dövrdə rəqsə maraq artıb. İnsanlar dərnəklərə yazılır, rəqs etməyi öyrənirlər. Bu, əlbəttə ki, təqdirəlayiq haldır. Hərçənd, hələ də hamımız birlik, həmrəylik rəmzi olan \”Yallı” gedə bilmirik. İnsanların digərlərindən fərqlənmək istəyi rəqslərdə də özünü bürüzə verir: kişilər rəqslərini qadın, qadınlar da kişi hərəkətləri ilə \”zənginləşdirirlər”. İndi toylara rəqs qrupları da çağırılır. Onların arasında qadınlar da olur. Onlar da kişi kimi şıdırğı rəqs edirlər. Özü də bu texniki-dinamik hərəkətlər heç bir məna daşımır, yalnız fiziki əzələ oynatmalarından ibarət olur. İncə hiss, qadın zərifliyi ifadə etməyən belə mənasız və sərt hərəkət yığını kənardan çox kobud görünməklə yanaşı, fərqinə varmasaq da, estetik zövqü korlayır. Yeniyetmə və gənclərin belə \”rəqs” vərdişləri ilə böyüməsi sonda milli rəqslərimizin yad ünsürlərlə kirlənməsinə, mahiyyətini itirməsinə, unudulmasına gətirib çıxara bilər. Bu hal artıq \”ənənə”yə döndüyündən milli rəqslərimizin qorunması, yaşadılması, təbliği haqqında da düşünməliyik.

O cümlədən nəzərə almaq lazımdır ki, qadınların kişi hərəkətləri ilə kişi rəqsi ifa etməsi onların \”bacarığını” göstərsə də, Azərbaycan qadınına xas cəhətləri, incəlikləri gözdən salır. Kişilərin isə əzilib-büzülüb \”zərif” əcaib hərəkətlərlə özlərini ifadə etmələri onların cəngavər ruhundan xəbər vermir…

Odur ki, milli rəqslərin xalqımızın maddi-mənəvi sərvəti olduğunu unutmamalı, onları mahiyyəti üzrə qoruyub inkişaf etdirməliyik.

İnterpress.az