Əsəb sistemi üçün – Kişmişbackend

Əsəb sistemi üçün – Kişmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişmişin tərkibində B2, B3, tiamin, retinol, dəmir, kalsium, maqnium, mis kimi maddələr var. Bu maddə və vitaminlər həzm və qəbizlik problemlərində kömək edirlər. Əsəb sistemi, ateroskleroz, ürək xəstəlikləri zamanı, damaq qanamasında kişmişin faydası əvəzsizdir. 50 qram kişmiş insanın gün ərzində enerjiyə olan tələbatını ödəyə bilər. Digər çərəzlərlə mqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir. 100 qram məhsulda 250-270 kkal var. Bel nahiyəsində piylərin əridilməsində qara kişmişdən faydalana bilərsiniz. Qara ciyərin və həzm prosesinin aktiv fəaliyyət gödtərməsinə kişmişin xidməti əvəzsizdir.

Kişmiş tibbi baxımdan həm də işlədici vasitə kimi istifadə olunur. Kişmiş vasitəsi llə 2-3 kq çəki atmaq mümkündür, bunun üçün bir neçə gün ərzində kişmişə digər otları qarışdıraraq dəmləmək lazımdır. Kişmiş vasitəsi ilıə arıqlamaq qara ciyər çatışmazlığı, öd kisəsində daş olanlara qadağandır. Bu vasitədən hamilələr də istifadə etməməlidirlər.

Resept №1

Lazımdır:

1 st ağ kişmiş,
200 qr səna otu
300 qr itburnu şirəsi
2 litr su

Kişmişi yuyun, üzərinə 1 litr qaynar su əlavə edn. Səna otuna da həmçinin 1 litr qaynar su əlavə edin, bir saat sonra hər ikisini süzün, bir-birinə qatın və itburnu şirəsi əlavə edin. İstifadə etmədən öncə məhlulu çalxalayın axşam-səhər 50-100 qr qəbul edin. Hazır məhlulu soyuducuda saxlayın.

Resept №2

150 qr qara kişmiş
30 qr səna otu
1,5 litr su,
150 ml xolosas.

Kişmişi yuyun, qaynar su əlavə edin, 5 dəqiqə qaynadın, səna otu əlavə edərək daha 10 dəqiqə qaynadın, soyudun. Soyumuş məhlula xolosas əlavə edin və süzgəcdən süzün. 100 ml məhlulu yeməkdən 1 saat sonra qəbul edin. Kurs 2 həftə ərzində davam edir, 2 həftəlik aradan sonra yenidən təkrar oluna bilər.

 Əsəb sistemi üçün - Kişmiş

İnterpress.az