Krallıqda böyük rəzalət…backend

Krallıqda böyük rəzalət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə hersoginiyası Keyt Middeltonun dayısı arvadını küçənin ortasında yumruqladı. Bu xəbər kraliyyət ailəsini dərindən sarsıtdı.
İngilis mediasının iddiasına görə, Prins Villyamın həyat yoldaşı Keyt Middeltonun dayısı Qari Qoldşmit küçənin ortasında arvadını yumruqadı, huşunu itirib səkiyə düşən qadın başından zərbə aldı.
“Ailənin pis uşağı” kimi gündəmə gələn 52 yaşlı Qari Qoldşmit xanımını yumruqlaması iddiası ilə mətbuatda geniş yer aldı. İddialara görə, hadisə dünən seher saatlarında yaşandı. Yalnız xüsusi üzvlərin qəbul edildiyi bir klubdan çıxarkən Qoldşmitin kokoin istifadə etdiyi üçün cütlük arasında mübahisə yaşandı.
Londonda evinin önündə baş verən davaya şahid olan taksi sürücüsü “hadisə evin qapısını açmağa çalışarkən yaşandı. Kişi qışqırır, söyüş söyürdü, qadın ona sillə vurdu və Qarinin eynəyi yerə düşdü”deyə bildirdi. Bundan sonra Qari Qoldşmit də qadına yumruq atdı.

İnterpress.az