Kataloniya müstəqilliyə dair izahat vermək möhlətinə əməl etməyibbackend

Kataloniya müstəqilliyə dair izahat vermək möhlətinə əməl etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya, Carles Puigdemont-a müstəqillik təşəbbüsünün izahatına dair bazar ertəsi gününədək vaxt vermişdi, əks halda Madrid muxtar regionda birbaşa idarəçilik üsulunun yeridiləcəyini vəd etmişdi.
İzahat vermək əvəzinə Kataloniya lideri yaxın iki ay ərzində danışıqların keçirilməsinə çağırıb.
Kataloniyanın müstəqilliyini Puigdemont ötən həftə ziddiyyətli referendumdan sonra elan edib – lakin Madridlə danışıqların baş tutmasına imkan vermək üçün müstəqilliyi dərhal təxirə salıb.
İspaniyanın Ədliyyə naziri Rafael Catalá bazar ertəsi günü bildirib ki, Puigdemont-un Madridə cavabında verilmiş möhlətə \”əməl olunmayıb\”, İspaniyanın Efe agentliyi xəbər verir.
Rafael Catalá deyib ki, məktubda Kataloniyanın mövqeyinə və Madridin tələbi müqabilində Puigdemont hökümətinin nə edəcəyinə dair izahat verilməyib.
Güman olunduğuna görə, Kataloniyada birbaşa idarəçilik tətbiq etmək cəhdindən əvvəl, İspaniya Puigdemont-a fikrindən daşınmaq üçün verilmiş möhləti cümə gününədək uzadacaq.
Regionda ziddiyyətli müstəqillik referendumu oktyabrın 1-də keçirilib, İspaniya Konstitusiya Məhkəməsi isə referendumun nəticəsini etibarsız sayıb.
İspaniyanın Baş naziri Mariano Rajoy-a ünvanladığı məktubunda Puigdemont deyib ki, \”oktyabrın 1-də referendum yolu ilə ona verilən siyasi mandatın təxirə salınması problemləri həll etmək, qarşıdurma yaratmamaq niyyətimizi nümayiş etdirir\”.
\”Yaxın iki aya bizim məqsədimiz dialoqa başlamaqdır\”, – Carles Puigdemont məktubunda yazıb. (bbc)

İnterpress.az