Azərbaycanlı gənclər Soçidə Dünya Gənclər Festivalında iştirak edirlər-FOTObackend

Azərbaycanlı gənclər Soçidə Dünya Gənclər Festivalında iştirak edirlər-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə Rusiyanın Soçi şəhərində “Dünya tələbələri və şagirdlərinin XIX festivalı” davam edir. Dünyanın müxtəlif ölkələrindən olan gənc nümayəndələr Soçidə bir araya gəliblər.

150 müxtəlif ölkədən 20 mindən artıq gənc iştirak etdiyi tədbirdə Azərbaycandan gedən gənclərdə böyük tərkiblə iştirak edir.

Festival ilk dəfə 1947-ci ildə keçirilib. Festivalın məqsədi dünya gənclərinin ədalət ideyası,beynəlxalq münasibətlərin güclənməsi, millətlərarası mədəni və etniki inkişaf fikirləri ətrafında bir araya gətirməkdir.

Festivalın açlışı Olimpik Parkda, mədəni və əyləncəli tədbirlər isə Soçinin müxtəlif yerlərində həyata keçirilir.
Festivalın proqramına “Mədəniyyət və Qloballaşma”,”Qlobal iqtisadiyyat”, “İqtisadi Elmlər”, “İctimai Təşkilatların İnkişafı” və “Siyasət və Beynəlxalq Təhlükəsizlik” kimi dialoq mövzuları daxildir.

Azərbaycanlı gənclər Soçidə Dünya Gənclər Festivalında iştirak edirlər-FOTO
Azərbaycanlı gənclər Soçidə Dünya Gənclər Festivalında iştirak edirlər-FOTO

Fəhmin

İnterpress.az