Mədəniyyət və turizm naziri “Rossiya 24” kanalına müsahibə veribbackend

Mədəniyyət və turizm naziri “Rossiya 24” kanalına müsahibə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Son illər ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində sistemli işlərin görüldüyünü bildirən nazir deyib ki, həyata keçirilən layihələr sayəsində paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionları da müasirləşib, gözəlləşib. Yaradılan şərait, o cümlədən təhlükəsizlik, müasir turizm sənayesi və xidmət səviyyəsinin yüksəldilməsi, təbii ki, xarici turistlərin ölkəmizə marağının daha da artmasına müsbət təsir edir. Bunun nəticəsidir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayında 24 faizə qədər artım qeydə alınıb. Bu artımda Rusiyadan gələnlər də xüsusi yer tutur.

Turizmin inkişafının ölkənin bütün bölgələrini əhatə etdiyini deyən nazir qeyd edib ki, Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi müasir dağ-xizək kompleksləri qış turizminin inkişafına mühüm töhfələr verir.

O da vurğulanıb ki, Rusiyanın “TurStat” analitik agentliyi tərəfindən MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısında Şahdağ Turizm Mərkəzi ilk üçlükdə yer alıb.

İnterpress.az