Leyla Yunusdan növbəti ağlasığmaz addımbackend

Leyla Yunusdan növbəti ağlasığmaz addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çexiyada, Praqada hər il keçirilən ”Forum 2000\”də Leyla Yunus Qərb dövlətlərinə müraciət edərək Azərbaycana qarşı “Suriya praktikası” tətbiq etməyə çağırıb\”. Bu iddianın müəllifi Praqada yaşayan mühacir Zamiq Məmmədlidir. O, sosial şəbəkədə yazdığı statusda bu iddianın detallarını açıqlayıb. Z.Məmmədli yazıb ki, L.Yunusun bu iddiası əri Arif Yunusun sosial şəbəkədəki statusunda da öz əksini tapıb: “Bir insan nə qədər arsız, əclaf və həyasız olmalıdır ki, çıxışını belə qursun. Suriyada nələr baş verir? Müxtəlif növ dini və etnik qruplaşmalar silahlandırılaraq bir-biriləri ilə və mərkəzi hökumətlə 6 ildir vuruşdurulur. Leyla tipli ”hüquq müdafiəçiləri\” isə İsveçrədə, Londondakı villalarında oturub Suriyadakı hadisələrə şərhlər verirlər. Nəticə: dağılan Suriya şəhərləri, yüzminlərlə mülki şəxs qətlə yetirilib, 7 milyondan çox qaçqın və s. Belə çıxır ki, xarici dövlətlər Azərbaycanda da müxtəlif qrupları silahlandırmalı, maliyyələşdirməli, sünni-şiə, milli-etnik iğtişaşlar yaratmalıdır? Bu nə məntiqdir?\”

Z.Məmmədli eyni zamanda yazıb ki, 8-10 oktyabr “Forum 2000\”də iştirak etməli olsa da, həmin tarixdə Bakıda olub: ”Əks halda, Leyla Yunus kimi birinin ora çağırılmasına qarşı olardım, onu ifşa edərdim, yaxud Leyla Yunusun milyon avroluq Amsterdam, 200 min avroluq Praqa, 70 min dollarlıq Antalya mülklərinin, Rusiyanın Sberbankının Praqa şöbəsindəki 80 min dollar nəğd pulunun qaynağını forum iştirakçıları qarşısında özündən soruşardım. Mən Çexiya vətəndaşı ola-ola, burdan Azərbaycanın bir dövlət olaraq dərdini çəkirəm, amma Azərbaycanın Çexiyadakı səfirliyi o qədər zəif, Çexiyadakı diasporu o qədər cılızdır ki, “Forum 2000\”ə bir 2-3 nəfər qeydiyyata saldırıb bu sualları qoyan, belə çıxışlara etiraz edən adamlar tapa bilmədilər… Əksəriyyəti öz kefində-damağındadılar”.

Z.Məmmədli statusunda etnik məsələlərin qaldırılmasına qarşı olduğunu da deyib. Onun sözlərinə görə, A.Yunusun anasının erməni olması bəzi faktları dəyişmir: “Arif Yunusun anası ermənidirsə, bu o demək deyil ki, mütləq bu ailə 25-30 il bunları xan kefində yaşadan Azərbaycanın bir dövlət olaraq məhv edilməsinə çalışmalıdır. Görünür ki, milli-etnik zəmində nifrəti, nifaqı məhz belə insanlar aşılayırlar”.

“Yeni Müsavat” isə xatırladır ki, 11 oktyabr tarixində Arif Yunus sosial şəbəkədə bu tədbirlə bağlı paylaşdığı statusu “Demokratiya uğrunda oktyabr mübarizəsi” adlandırıb. Forumla bağlı geniş məlumat verən A.Yunus daha sonra həyat yoldaşının ordakı çıxışına da toxunub. Onun açıqlamasından da aydın olur ki, Leyla Yunus gerçəkdən beynəlxalq gücləri Azərbaycanla Suriya kimi davranmağa səsləyib.

İnterpress.az