Aqil Ələsgər: Türkiyənin İraqda əlini kəsdilərbackend

Aqil Ələsgər: Türkiyənin İraqda əlini kəsdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmaçı yazar Yeniçağ.az saytının rəhbəri Aqil Ələsgər İraq ordusunun Kərkükü azad etməsi ilə bağlı İnterpress.az-a maraqlı açıqlama verib.

Aqil Ələsgər bildirib ki:

\”Kərkük üzərində çox böyük oyun oynanır. İki il öncə İŞİD-in önündən silahlarını yerə atıb dovşan kimi qaçan İraq ordusu yenə bölgəni İŞİD-dən azad edən Bərzaninin ordusundan 24 saatın içində azad etdi. Bərzanini qızışdırıb, defakto müstəqilliyini təhlükəyə salanlar həm də Türkiyənin İraqda əlini kəsdilər. Vətənpərvər şüarlar atmaqla deyil, faktiki olaraq, İran İraqın tamamına söz sahibliyi edəcək. Hamı \”İraqın bütövlüyü\” nağılını söyləyir, ancaq hər kəs də bilir ki, İraqda bu günə kimi Bağdad adı altında İran, Ərbildə isə ABŞ hakim idi. İndi Amerika üzdə İran ilə düşmən görünsə də, bölgəni tamamən İrana təslim edir. İtirən növbəti dəfə təklənən, yerli müttəfiqləri ilə arası pozulan Türkiyədir\”.

İnterpress.az