Saçınızı boyamadan əvvəl bir dəfə də düşünün…backend

Saçınızı boyamadan əvvəl bir dəfə də düşünün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, cərrah Prof. Mokbel saçlarını boyadan qadınların süd vəzisi xərçənginə tutulma ehtimalının 14% artdığını iddia edib. Professor Mokbel qadınlara ildə altı dəfədən çox saçlarını boyamamaları barədə çağırış edib və sintetik boyaların əvəzinə xına, itburnu, qırmızı çuğundurla edilən boyalardan faydalanmalarını tövsiyə edib.
Mokbel “Hər nə qədər də nəticələri təsdiq etmək üçün daha çox araşdırmağa ehtiyac duysaq da tapıntılar saç boyasının süd vəzi xərçənginə yardımçı ola biləcəyini göstərir. Qadınlara saç boyasından ildə 2-6 dəfə istifadə etmələrini və 40 yaşından sonra müntəzəm olaraq süd vəzi müayinəsinə getmələrini tövsiyə edirik”- bildirib.

İnterpress.az