Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir – FOTObackend

Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırovun özəl təyyarəsi İslam Kərimov adına beynəlxalq hava limanında bu gün səhər saat 10 radələrində enib.
Kadırov ən nüfuzlu alimlərindən biri, islam dünyasının şeyxi Məhəmməd Yusufin məzarını ziyarət edərək xatirəsini yad edib.
Xatırladaq ki, şeyx 2015-ci il martın 10-də ürək tutmasından vəfat edib.
Daha sonra Çeçenistan respublikasının başçısı, Çeçenistan Respublikasının ilk Prezidenti olmuş atası Əhməd Kadırovun oxuduğu Daşkənd islam institutu ziyarət eib.

Ramzan Kadırov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyayevlə də görüşəcək. Tərəflər mədəni-mənəvi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Ramzan Kadırov Daşkənddə, Səmərqənddə və Buxarada da bir sıra İslam abidələrini ziyarət edəcək.

Çeçenistan rəhbəri Özbəkistanda meyvə və tərəvəz emalı üzrə zavoda gedəcək və birgə layihələr perspektivli ilə də tanış olacaq.

Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir - FOTO

Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir - FOTO

Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir - FOTO

Çeçenistan rəhbəri Özbəkistanda səfərdədir - FOTO

İnterpress.az