Azay Quliyevdən Azadlıq qəzetinə tutarlı cavab – ÖZÜNÜZÜ RƏZİL ETDİNİZbackend

Azay Quliyevdən Azadlıq qəzetinə tutarlı cavab – ÖZÜNÜZÜ RƏZİL ETDİNİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

400 nəfərlik müşahidəçi korpusunun koordinatoru olan azərbaycanlı parlamentari, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev keçirdiyi mətbuat konfransı ilə dünya mediasının diqqətini həm də müsbət mənada Azərbaycana çəkmiş oldu. Azay Quliyev yüksək peşəkarlıqla hazırlanmış Bəyanatı səlis şəkildə, xüsusi diplomatik məharətlə canlı yayımda ictimaiyyətin diqqətinə çatdırdı. Bunlar öz yerində.
Azadlıq qəzeti isə kəmfürsətlik edib tələm-tələsik şəkildə hay-küy salıb, sevincək xəbər verir ki, \”Qırğızıstan prezidenti Azay Quliyevi sözünü geri götürməyə məcbur etdi\”.

İnterpress.az xəbər verir ki, bu fikirləri Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud \”Azadlıq\” qəzetinin təhrifinə və qeyri-peşəkarlığına münasibət bildirərkən deyib: \”Əslində isə Qırğızıstan mətbuatı Azay Quliyev bəyanatındakı \”self-sensorship\” sözünün tərcüməsində yalnışlığa yol verib. Hazırkı prezident Atanbayevlə görüşdə ATƏT-ın xüsusı kordinatoru Azay Quliyev məsələni bir daha izah edir. Bundan sonra Atanbayev ölkə mediasına səhvini düzəltməyi tövsiyyə edir və müşahidə missiyasının rəhbərinə fəaliyyətinə görə təşəkkür edir. Bu qədər sadə və aydın bir məsələ!Qarayaxma, yalan, qərəz və öz gözündə tiri görməyib özgə ünvanlarda tük axtarmaqla yalnız yerin dibinə batmaq, özünü rəzil etmək olar, başqa heç nə… \”

Azay Quliyev: \”Atambayevin \”özünəsenzuru\” səhvən KİV-ə\”senzur\” kimi təqdim etməsinə etdiyim düzəlişlə razılaşmasını \”fake\” qəzetlər təhrifcəsinə manşet edib\”.

İnterpress.az