Trampdan Kərkük açıqlaması: “Tərəf tutmuruq”backend

Trampdan Kərkük açıqlaması: “Tərəf tutmuruq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İKRH və rəsmi Bağdad arasında tərəf tutmayan Tramp: “İraq höküməti və kürdlərin münaqişə vəziyyətində olmaları bizə xoş deyil. Tərəf tutmuruq. Bildiyiniz kimi, uzun illərdir kürdlərlə çox yaxşı bir münasibətimiz oldu və eyni zamanda İraqın tərəfində olduq. Əslində başlanğıcdan orada heç olmamalıydıq. Amma bu münaqişədə tərəf tutmuruq” dedi.

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon regiondakı böhranla bağlı ilk açıqlamasını verib. Açıqlamada Kərkükdə yüksələn təzyiq ilə bağlı gərginliyi artıran addımlardan qaçılması ilə bağlı çağırış edərək İraqın ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdi.

Açıqlama verən Pentaqon Orta Şərq üzrə müşaviri Adrian Qelovey:- “Bütün tərəfləri gərginliyi artıran addımlardan uzaq durmalarına çağırırıq. Hansı tərəf olursa olsun zor işlətməyə qarşıyıq. İŞİD ilə mübarizəyə əngəl olacaq və İraqın sabitliyini pozacaq addımlara qarşı xəbərdarlıq edirik” deyə bildirdi.

İnterpress.az