Mirvari Qəhrəmanlı məhkəmədə ifadə verdibackend

Mirvari Qəhrəmanlı məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində \”Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi\”nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, \”Kanal 13\”-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə. Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib.
M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır.

Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu da deyib.

Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib.

Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İnterpress.az