Rusiyanın Əfqanıstanda “Taliban” hərəkatına maliyyə yardımı etdiyi üzə çıxdıbackend

Rusiyanın Əfqanıstanda “Taliban” hərəkatına maliyyə yardımı etdiyi üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanıın “The Times” qəzeti Rusiya-“Taliban” əlaqələri ilə bağlı maraqlı məqalə dərc edib. Qəzet Kremlin Əfqanıstandakı terrorçu təşkilatı pulsuz yanacaqla təmin etməklə onu maliyyələşdirdiyini yazıb.

Qəzetə görə, Moskva bununla iki dovşanı bir güllə ilə vurmaq istəyir. Birincisi, İŞİD-lə mübarizə, ikincisi isə NATO-nu Əfqanıstandan sıxışdırb çıxarmaq.

“Kreml yanacaqdan gələn gəlirlərin yuyulması proqramı ilə hərəkət edərək Talibanın NATO-ya yönəlik hərbi əməliyyatlarına ciddi yardım göstərir. Rusiya xüsusi xidmət orqanları Özbəkistanla sərhəddə Hayraton vilayətində neft tankerlərini “Taliban” döyüşçülərini ixtiyarına verib”, – məqalə müəllifi Entoni Lloyd yazır.

Müəllifin qeyd etdiyinə görə, bu tankerlər “Taliban “adından çıxış edən yalançı şirkətlərə pulsuz olaraq ötürülür. Yanacaqdan əldə olunan aylıq 2,5 milyon dollarlıq gəlir isə birbaşa terrorçuların xəzinəsinə daxil olur.

Jurnalist “Taliban”ın Qəznədəki xəzinədarını da danışdırmağa müvəffəq olub. Doğrudur, xəzinədar əslində təşkilat rəhbərliyinin razılığı ilə “dil açıb”. Məqalədə “Taliban”ın bununla Trampın Əfqanıstana 3800 əsgər göndrməsinə cavab olaraq hələ də beynəlxaq səviyyədə himayəçilərinin olduğunu göstərmək istədiyi bildirilir.
“Ruslardan pul almaq heç bizim ürəyimizcə də deyil. Lakin indiki məqamda cihad üçün vacibdir”, – xəzinədar qeyd edib.

Rusiyanın Əfqanıstanda “Taliban” hərəkatına maliyyə yardımı etdiyi üzə çıxdı

23 yaşlı gənc mühasibin sözlərinə görə, Rusiya 18 aydan çoxdur ki, onlara pulsuz yanacaq bəxş edir.

Ən maraqlısı da budur ki, həmin yanacaq Əfqanıstanın paytaxtında, Kabul şəhərində alverçilər tərəfindən dəyərləndirilərək pula çevrilir. Daha sonra alınan gəlir terrorçu qruplaşmaların “havala” adlandırdığı maliyyə sistemi ilə müxtəlif yerlərə transfer edilir.

“The Times”-ın digər yazarı Cayls Uittel Moskvanın bununla Əfqanıstandakı onsuz da kövrək sayılan sabitliyi tamamilə dağıtmaq məqsədini güddüyünü yazır.
“Prezident Putin “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir. Putin üçün ən böyük düşmən Suriyadan Vladivostoka qədər təhdid saydığı İŞİD və NATO-dur. Taliban özü də Əfqanıstanda rəqib gözü ilə baxdığı İŞİD-çilərin mövqelərinin güclənməsini istəmir.

Uittelin düşüncəsinə görə, ən böyük və real hədəf isə Əfqanıstanda Qərbyönümlü inkişaf modelini yox etməkdir. Bunun üçün ölkədə tüğyan edən və onu içindən dağıdan korrupsiya və rüşvətxorluqdan istifadə edərək nefti pula, daha sonra silaha çevirərək Əfqanıstanın milli hökuməti məhv edilməyə çalışılır.

“Putin strategiyasının qlobal parçalama ilə bağlı istənilən taktikası öz sədasını hardasa tapır. İndi Rusiya bu məsələdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə rollarını dəyişib. Çünki vaxtilə MKİ-də Əfqanıstanda eyni üsulla keçən əsrin 80-ci illərində sovet ordusunun həyatını cəhənnəmə çevirmişdi”, – müəllif bildirir. (musavat)

İnterpress.az