Əfqanıstanda terror – 71 ölü, 170 yaralıbackend

Əfqanıstanda terror – 71 ölü, 170 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, terror aktları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. Partlayışlar nəticəsində 170 nəfər yaralanıb. Ölənlərdən 25-i, yaralılardan isə 30-u polis əməkdaşlarıdır.

Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.
Partlayışdan sonra terrorçularla polis arasında baş verən atışmada 15 terrorçu öldürülüb.

İnterpress.az