“Oazis” restoranında yenə polisi yaraladılarbackend

“Oazis” restoranında yenə polisi yaraladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restorana gələn Bakı sakinləri — 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini Mehralı Cəfərov içib sərxoş olduqdan sonra dalaşıblar. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanlıq edən şəxsləri asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib. Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.

Qeyd edək ki, \”Oazis\”in adı mütəmadi olaraq cinayət hesabatlarına daxil olmaqla xüsusi populyarlıq qazanıb. Hələ 2014-cü ilin sentyabrında burada restoranın işçiləri ilə müştəriləri arasında baş verən davanı xatırlatmaq kifayətdir. O zaman Bakı sakini Zaur Əsgərov 3 yaşlı oğlunun ad gününü qeyd etmək üçün restorana 20 nəfərlik qonaq çağırıb. Dava restoranın mühafizəçisinin ona arvadının dekoltesini bağlamağı məsləhət görməsi ilə başlayıb. Mühafizəçinin belə yersiz davranışı Əsgərov və qonaqlarını özündən çıxarıb. Elə bununla da mühafizəçilərlə müştərilər arasında dava başlayıb. Restoranın 3 işçisi bıçaq yarası alıb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava nəticəsində 7 nəfər xəsarət alıb.

İnterpress.az