Müharibə bəyanatı gəldibackend

Müharibə bəyanatı gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali və Cənubi Koreya arasında nüvə müharibəsi hər an başlaya bilər. Bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) BMT-dəki daimi nümayəndəsinin müavini Kim Yin Ryon, BMT-nin iclasında deyib.

O bildirib ki, Koreyada vəziyyət hər zamankından daha kəskin hal alıb. Şimali Koreyalı diplomat belə vəziyyətin yaranmasında ABŞ-ı günahlandırıb: \”Əgər ABŞ bizim müqəddəs torpaqlara bir addım belə, atmağa cəsarət etsə, dünyanın harasında olursa olsun, ciddi və sərt şəkildə cəzalandırılacaq\”.

Kim Yin Ryonun sözlərinə görə, əvvəllər heç bir ölkə ABŞ tərəfindən nüvə hədəsi ilə qarşılaşmayıb: \”Buna görə də, Pxenyan özünü müdafiə etmək hüququna malikdir\”.

Eyni zamanda, KXDR təmsilçisi vurğulayıb ki, ölkəsi nüvə silahlarının tamamilə məhv edilməsi proqramını dəstəkləyir: \”Lakin ABŞ-ın təhdidi davam etdiyi müddətcə bu proqrama qoşulmayacağıq\”.

Xatırladaq ki, Pxenyanın qitələrarası ballistik raketlər sınağı keçirməsindən sonra Koreya yarımadasında vəziyyət xeyli gərginləşib və KXDR-ə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar tətbiq edilib. ABŞ prezidenti Donald Tramp, Şimali Koreyaya ağır zərbə endiriləcəyini bəyan edib. (sputnik )

İnterpress.az