Qiyas İbrahimovla atasının məhkəməsi keçiriləcəkbackend

Qiyas İbrahimovla atasının məhkəməsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

O qeyd edib ki, iclas Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə oktyabrın 31-i, saat 11:30-a təyin edilib.

Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da həbs olunub. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.

İnterpress.az