Venesuela Kanadadakı səfirini geri çağırıbbackend

Venesuela Kanadadakı səfirini geri çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə Venesuela XİN rəhbəri Xorxe Arreas bildirib.

“Prezident Nikolas Maduro Kanadadakı səfirimiz Uilmer Baryentosu məsləhətləşmələr üçün geri çağırmağa qərar verib”, – deyə nazir Twitter səhifəsində bildirib.

Qeyd edək ki, Nikolas Maduro bundan əvvəl ölkədə keçirilmiş qubernator seçkilərini pisləmiş Kanada hökumətini sərt tənqid edib. Kanada XİN rəhbəri Xrista Friland bundan əvvəl Venesueladakı seçkilərdə yol verilmiş nöqsanlara görə ölkəsinin səsvermənin nəticələrinin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.

“Kanadanın dedikləri niyə məni narahat etməlidir? Əgər Venesuela onlara heç maraqlı deyilsə, qoy rədd olub getsinlər buradan, lənət şeytana! Həyasız və sarsaq Kanada hökuməti”, – deyə Maduro xarici KİV-lərlə görüşündə bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, Vahid Sosialist Partiyası ölkənin 17 ştatında, müxalifət nümayəndələri isə ölkənin 3 ştatında qalib gəlib.

İnterpress.az