“SSRİ-nin əleyhinə səs verən “İstiqlalçı deputatlar” hələ ki öz haqlarını almayıblar”backend

“SSRİ-nin əleyhinə səs verən “İstiqlalçı deputatlar” hələ ki öz haqlarını almayıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin “İstiqlalçı deputat”ı Vahid Əhmədov deyib.

O, bildirib ki, sonradan ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub.

“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı. Azərbaycan artıq 26 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Bu problemin də həlli yalnız gücdən keçir”.

Deputat qeyd edib ki, Müstəqillik Aktına imza atan, SSRİ-nin saxlanmasının əleyhinə səs verən şəxslər hələ ki, öz haqlarını almayıblar.

“Həmin şəxslərə xüsusi təqaüdlər təyin olunmalıdır. Daim dövlətin diqqət mərkəzində olmalıdırlar. Yəqin ki, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyində cənab prezident bu sahədə müəyyən addımlar atacaq. Azərbaycanın müstəqilliyinə səs verən, müstəqillik uğrunda mübarizə aparan şəxslər daha çox diqqət mərkəzində saxlanılacaq”.

İnterpress.az