Əzgil cavanlaşdırırbackend

Əzgil cavanlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, əzgilin tərkibində olan şəkər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar və s. insan orqnizmi üçün olduqca faydalıdır.
Əzgil qanda \”pis\” xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir.
Ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır – arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır.
Bronxit, öskürək zamanı əzgilin ətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.
Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.
Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpgilər vəs.) zamanı istifadə olunur. Əzgilin əti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır. Ən sadə maska varianti – əzgili təmizləyin, əzin və üz dərisinə çəkin. Dəriniz qurudursa, maskaya 1 çay qaşığı zeytun yağı əlavə edin. 20 dəqiqədən sonra üzünüzü yuyun.
Əzgildən çox yaxşı təbii skrab hazırlamaq olar. Bunun üçün əzgilin tumlarını qəhvə üyüdən maşınında əzin, əzgilin əti ilə qarışdırın və üzünüzü bu skrabla təmizləyin.

Əzgil cavanlaşdırır

İnterpress.az