Əməkdar artist: Bu mənim iştirak etdiyim birinci və axırıncı mitinqdirbackend

Əməkdar artist: Bu mənim iştirak etdiyim birinci və axırıncı mitinqdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Ölkə.Az-a açıqlamasında bildirib ki, o, mitinqdə təsadüfən iştirak edib:

\”Həmin mitinqdə iştirakım təsadüfən olub və dövlət əleyhinə heç bir fikir səsləndirməmişəm. Bu fikrim kimdənsə çəkindiyim, qorxduğum üçün deyil. Bəlkə kimlərsə düşünəcəklər ki, mitinqə təsadüfən necə getmək olar? Doğrudan da mitinqə təsadüfən getmişəm. Sadəcə, xırdalıqları açıqlamaq istəmirəm. İndiyə kimi mitinqdə iştirak etməmişdim, ilk dəfəydi.

Təsadüfən getsəm də, müəyyən qənaətə gələ bildim. Biz kütləvi hərəkatdan uzaq adamlarıq, aktyoruq. Eqoistlik kimi çıxmasın ki, mənim şəraitim yaxşıdır, başqasını düşünmürəm. Əsla belə deyil. Cəmiyyəti də, insanları da fikirləşirik. Onlarsız biz yaradıcılıq qura bilmərik. Çünki teatr xalqla bağlıdır. Müəyyən təcrübəsi olan insan kimi demək istəyirəm ki, biz dünyəvi dövlət qururuq. Onlar bunu hiss etmirlər və başa düşmək istəmirlər. Burada qısqanclıq, yaxud görməməzlik var\”.

A.Qəhrəmanov qeyd edib ki, aktyorun mitinqə getməyində qəbahət yoxdur:

\”Əslində, aktyorun mitinqə getməyində qəbahət yoxdur. Bu iqtidar dünyəvi, Avropa meyarlarına uyğun dövlət qurur. İnanın ki, mən bunu alqışlayıram. Dünyəvi dövlət olmadan yaşaya bilmərik. Sovet dövlətində olduğu kimi, yenə kolxoz teatrı, kolxoz cəmiyyətinin qurulmağını istəmirəm. İstəyirəm ki, yaxşı, kübar, zadəgan cəmiyyət qurulsun, digər təbəqələr də tədricən öz yerini tapsın. Təbiidir ki, bu proseslər çətinliklə gedir. Biz sovet ölkəsindən, konslagerdən çıxmışıq, bunu unutmayın. Avropayla müqayisə olunanda da reallığı nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, hansı regionda yaşayırıq, hansı hegemon, hüququ tanımayan dövlətin qonşuluğunda yaşayırıq. Rusiyanı nəzərdə tutub deyirəm. Bu vəziyyətdə kübar, zadəgan cəmiyyət yaratmaq bilirsinizmi nə deməkdir? Məsələn, teatrda işləyirəm və görürəm ki, müəyyən planlarım, fikirlərim çətin alınır. Nəyə görə? Çünki sovetdən qalma ənənə var. Sovet teatrından fərdi aktyor oyununa, fərdi rejissuraya gəlib çıxmaq çox çətindir. Məktəb yoxdur, ancaq ənənə var. Bizi hər zaman yönləndiriblər ki, bu sözü, bu ifadəni belə səsləndir. Sovetin qalıqlarıdır bunların hamısı. Öz yaradıcılığımda da bacardığım qədər çalışıram ki, həmin lazımsız ənənələr dağılsın və həyatımı da buna qoymuşam\”.
Əməkdar artistin sözlərinə görə kütləvi aksiyalar lazımsızdır:

\”Ona görə düşünürəm ki, kütləvi aksiyalar, mitinqlər nə mənə, nə də cəmiyyətə lazım deyil. Hüquq tələb etmək lazımdır. Amma bunu fərdi qaydada etmək daha doğrudur. Bu mənim iştirak etdiyim ilk və son mitinq olacaq. Çünki buna ehtiyac yoxdur.

Şəxsən mənim işlədiyim teatrda mənimçün hər bir şərait yaradılıb. Akademik məvacib alıram. Əvvəllər bizə akademik maaş verilmirdi. Prezident İlham Əliyevin sərəncamı ilə bizə akademik status verildi, məvacibimiz iki dəfə qalxdı. Normal puldur. Heç kəsə xahiş etmədən Prezident mükafatı, əməkdar artist fəxri adı almışam. Hər ikisinə görə pul alıram, heç kəsdən xahiş etmədən filmlərə, seriallara çəkilirəm. Yaşayışımdan və yaradıcılığımdan çox razıyam. Teatrda təzəlikcə oynadığım tamaşaya görə də mükafat aldım. Hər şeyi oynamıram, hər rejissorla barışa bilmirəm. Özümün yaradıcı kaprizlərim, düşüncələrim var və bununla da razılaşırlar. Gözümçıxdıya salınmıram. Bizim teatr ənənələrimizin, məktəbimizin zəif olmağının səbəbi budur ki. sovetlər dönəmində sözümüzü əməlli-başlı deməyə imkan verməməkləridir. Biz müəyyən xətt üzrə inkişaf etdirilmişik. Həm müsəlmanıq, həm türkük. Ona görə də vəziyyətimiz çətindir. Kənar müdaxilələr təbii ki, olacaq. Ancaq mən bu dövləti həm bir vətəndaş, həm də aktyor kimi dəstəkləyirəm. Qoyun sakitcə rahat, dünyəvi bir ölkə qura bilək. Mən də hər zaman dövlətimin yanındayam\”.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Şuranın mitinqində iştirak edən sənət adamları ilə bağlı məsələyə münasibət bildirərkən onları qınamışdı:

\”Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər İlqar Cahangir, Ayşad Məmmədov və Abbas Qəhrəmanov iştirak etmişdilər.

İnterpress.az