Azərbaycanda nümunəvi çimərlik yaradılacaqbackend

Azərbaycanda nümunəvi çimərlik yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

\”Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər\”, – deyə nazir müavini əlavə edib.

N.Səmədov qeyd edib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda 100 minlik işçi heyəti mövcuddur.

İnterpress.az