Qız qaçıran evli kişinin qayınanası: Bütün kənd bilir ki, o qadın … – VİDEObackend

Qız qaçıran evli kişinin qayınanası: Bütün kənd bilir ki, o qadın … – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, V.Qasımlı Şahnaz Heydərli ilə sevərək ailə qurub.

“Onlar təxminən 3 il olar ki, ailə qurublar. 2 yaşlı qızı var, yoldaşı hamilədir. Vahid Şahnazı da qaçırmışdı. Sonra da el adəti ilə toy etdilər. Amma Vahidin birdən-birə belə iş tutması anlaşılan deyil. Şahnazın atası xəstə idi, arada onun yanına gedib-gəlirdi. Vüsal da anası ilə birlikdə kəndin yaxınlığındakı kök sahəsində işləyir. Atası isə bir neçə il əvvəl infakt keçirib, o vaxtdan işləmir. 1 bacısı var, o da ailəlidir”-deyə, sakinlər bildirir.

Sakinlərin sözlərinə görə, V.Qasımlının qaçırdığı qız kəndin yaxınlığındakı Ağdam şəhərciyində yaşayır. Qızın 18 yaşı var. Hətta hadisədən sonra ailəsi Vahidi polisə şikayət edib.

“Polislə birlikdə Vahidgilin evinə gəlmişdilər, qızlarını qaytarmaq istəyiblər. Ancaq Vahidin qızı Bakıya apardığı deyilir. Qızın ailəsi onlarla danışıb, qız istəyərək qaçdığını deyib”-deyə kənd sakinləri bildirib.
Sakinlər deyir ki, Vahidin atası, anası da bu addımından sonra onu evə qoymayacaqlarını deyiblər.

Vahidin həyat yoldaşı Şahnaz Heydərlinin anası Gültəkin Həsənova açıqlamasında kürəkənindən belə bir addım gözləmədiyini deyib:

“Yoldaşım onkoloji xəstədir, iyun ayında Bakıda əməliyyat edilib. 3 qızım var, vaxtaşırı onlar növbə ilə atalarının yanında qalıblar. Şahnaz da ərinin, qayınanasının razılığını alandan sonra 8 gün atasının yanında qalıb. Ata evinə də hər dəfə icazə ilə gəlib. Axırıncı dəfə də gələndə yoldaşı razılıq verib, qayınatası da gətirib. Yoldaşı kök sahəsində işləyir. Həmin sahə kənddən kənardadır, 4 aydır gecə-gündüz orada işləyir. Arada anası razılıq verəndə evə gəlir. Qızım sonuncu dəfə 10 gün əvvəl bizə gəlib, onda da qayınanası deyib ki, “yoldaşın evdə yoxdur, sən burda niyə oturmusan, mənim ərimə arvad gəlməmisən ki, get anangilə”. Bir neçə gün əvvəl kənddəki tanış qadın zəng vurub hadisəni bizə dedi. Qızım şok keçirib”.

G.Həsənova deyir ki, ailədə problem yaradan qayınana olub:
“Vahidin valideynlərinin ailə qurandan 18 il sonra bir qızı, bir oğlu olub. Qızı 3 dəfə ailə qurub. Qayınana qızımla yola getmirdi. Qızımın ata evinə gəlməyinə narazılıq edirmiş. Qızımın ailədə yeganə narazılığı qayınanasından idi. Qayınanası qızımı istəmirdi, bütün qızıllarını əlindən almışdı, toy kasetini sındırmışdı, hətta toy şəkillərini də cırmaq istəyirmiş. Bütün kənd bilir ki, o qadın mənim qızımın başına hansı oyun açıb. Vahid anasına bağlı uşaqdır, amma özü də anasının xasiyyətindən narazılıq edirdi. Biz Vahiddən belə bir addım gözləmirdik. Adam 10 günün içində ailə dağıdıb, yeni ailə qurar? Bu oyunu kim qurub bilmirəm. Qızımın bir uşağı 1 yaş 8 aylıqdır, iki aylıq hamilədir. 10-15 gün əvvəl qızımla birlikdə qohumlarının toyuna getmişdilər. Ona gələn qız nə düşünüb? Atanı iki balasından ayırıb. Eşitdiyimizə görə, gətirdiyi qızın ürək qüsuru var. Onun ailəsi də qızlarını geri qaytarmaq istəyirlər. Ancaq biz ailənin kim olduğunu bilmirik”.

İnterpress.az