Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Sonsuzluğu, cinsi zəifliyi aradan götürür - Küncüt

Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Ailem.az saglamolun.az-a istinadən küncütün faydalarını sadalayır.

Dərc edilib: 18 oktyabr 2017 [13:21]
Baxış sayı: 183

Qədimdə küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.

Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.

Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.

Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.

Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.

Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.

Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər sümük və oynaqları sağlam saxlamaq istəyənlərə hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.

Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidantların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.

Sonsuzluğu, cinsi zəifliyi aradan götürür - Küncüt


Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.

Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 x.q. küncüt orqanizm üçün kifayətdir. Mütəxəssislər küncütü çiy halda yeməyi tövsiyə edirlər. Qəbul etdikdən əvvəl küncütü suda isladın və ya quru tavada bir az (!) qızdırın – bu, küncütün mənimsənilməsini asanlaşdırır. (ailem.az)

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460