Almazbek Atambayev üzr istədibackend

Almazbek Atambayev üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, A.Atambayev bu barədə Bişkekdə ən yaxşı tələbələrə Prezident təqaüdü təqdim edilməsi mərasimində Qırğızıstan-Qazaxıstan sərhədindəki vəziyyət barədə danışan zaman bildirib.

\”Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm. Bu günlər ərzində bu barədə düşünmüşəm\”, – o deyib.

O, mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, bütün qonşularımızla sülh içində yaşamalıyıq.

Qeyd edək ki, oktyabrın 10-dan etibarən Qırğızıstan-Qazaxıstan dövlət sərhədində nəqliyyat vasitələrinin və şəxslərin buraxılışı gücləndirilmiş nəzarət formasında həyata keçirilir. Bu səbəbdən sərhəddə sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. (report)

İnterpress.az