Ev sahibindən iyrənc əməl: kirayə qalan cütlüyün yataq otağına kamera yerləşdirib onları izlədibackend

Ev sahibindən iyrənc əməl: kirayə qalan cütlüyün yataq otağına kamera yerləşdirib onları izlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreyalı bir cütlüyün, səyahətləri zamanı kirayə götürdükləri evdən çıxan şey onları şok edib.Otaqdakı yanğın sensorundan şübhələnərək, onu yerindən çıxarmağa çalışdılar.

Yerindən sökdükləri sensorun içini açanda isə gördükləri ilə çox təəccübləniblər.

Yanğın sensoru kimi görünən qurğunun içindən bir yaddaş kartı çıxıb. Evə yerləşdirilən bu gizli kameranın, tam otağın yatağına baxmasına daha da əsəbləşən cütlük, hadisə yerinə polis çağırıb.

Polislər, ev sahibinə çatmaq üçün araşdırmaya başlayıb.

İnterpress.az