Samirə Mehribanı hədələdi: “Bu sözə görə mənə cavab verəcəksən”backend

Samirə Mehribanı hədələdi: “Bu sözə görə mənə cavab verəcəksən”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenicag.az-a açıqlama verən Samirə Yusifqızı Mehriban Xanlarovanın ünvanına sərt fikirlər səsləndirib:

“Mənim adımı hallandırmasınlar. Düzdür, mən əvvəlcə Vüqara söz vermişdim, amma sonradan Mehribangil məni məcbur etdilər. Çünki orda qruplaşmanın başında Mehriban Xanlarova durur. Qızlar da onun sözü ilə oturub-dururlar. Raufa gəlincə, getsin öz dərdini çəksin. Camaatı aldadıb, deyir əjdahanın başını kəsəcəm. Əlli adamın adını çəkib, axırda başqasını çıxarır. Mehribana isə sözüm sərt olacaq. İndi mənə “satqın” deyirsən. Mən satqın deyiləm, sadəcə olaraq Vüqarın adını çəksəydim, orda qırğın düşəcəkdi. Bunu yaxşı bilirsən. Elə etməyin ki, açım sandığı töküm pambığı.

Mənə əvvəlcə dedilər ki, İlqar Mikayıloğlunu çıxart, çünki heç kimin ürəyi gəlmirdi onu şoudan uzaqlaşdırsın. Bu təklifə etiraz etdim. Dedim, niyə mən onu çıxartmalıyam axı? Vüqar məsələsində də üstümə “naezd” elədilər. Mehriban, sənə ayıb olsun. Mən heç vaxt efirdən sənə “satqın” deməzdim. Bu sözün arxasında dura biləcəksənmi? Mənim üçün fərqi yoxdur əməkdar, ya xalq artisti, kim mənə ilişirsə, cavabını alacaq. Sən satqın sözünə görə mənə cavab verəcəksən”.

İnterpress.az