Tacikistanda homoseksualları qeydiyyatdan keçirirlərbackend

Tacikistanda homoseksualları qeydiyyatdan keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu siyahıda olan şəxslər cinsi yollarla yayılan xəstəliklərə görə məcburi müayinədən keçməli olacaqlar.
Bu tədbirin detalları barədə məlumat Tacikistan prokurorluğunun mətbu orqanı olan Zakonnost qəzeti tərəfindən verilib.
İnsan haqları təşkilatları bundan əvvəl də mühafizəkar Tacikistanda LGBT icması üzvlərinin təqiblərindən narahatlıq bildirmişdilər.
Qəzetdə qeyd olunur ki, hakimiyyət orqanları indiyədək 319 gey kişi və 48 lesbian qadını uçota alıb.
Məqalədə deyilir ki, bu siyahı ölkədə dövlət tərəfindən aparılan iki reydin gedişində tətrib edilib. Bu reyd əməliyyatlarından biri \”Mənəviyyat\”, digəri isə \”İzləmə\” adlanırdı.
Zakonnost qəzeti siyahıda olanların hansı tibbi müayinədən keçəcəyindən yazmır və bildirir ki, uçot kitabçası elə homoseksualların öz şəxsi təhlükəsizliyi üçün tərtib olunub.
\”The Guardian\” yazır ki, qonşu Özbəkistandan fərqli olaraq Tacikistanda homoseksuallıq qanunla qadağan deyil.
2014-cü ildə Tacikistanın ən vəzifəli ruhanisi homoseksual münasibətləri \”fəlakətli günah\” elan etmişdi.
\”The Guardian\” yazır ki, son vaxtlar keçmiş SSRİ-nin müsəlman ərazilərində LGBT icmasının təhlükəsizliyi ilə bağlı narahatedici vəziyyət yaranıb.
Mart ayında Rusiyanın \”Novaya qazeta\” qəzeti yazırdı ki, Çeçenistanda homoseksuallar həbs edilir və işgəncələrə məruz qalırlar.
Nəhayət ötən ay Amnesty İnternational Azərbaycanda LGBT icmasına aid insanların həbsləri barədə həyəcanlı xəbərlər yaymışdı. (bbc)

İnterpress.az