Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?backend

Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər aşkar ediblər ki, hamilə qadınların qanında dölün qorunması üçün mövcud olan anticismlər kişilərdə ölümcül reaksiya doğurur.
Alimlər bildirirlər ki, hamilə qadınlardan kişilərə köçürülən qan kəskin ağ ciyər zədələnməsi ilə nəticələnə bilər.
\”The Telegraph\” yazır ki, Britaniyada hər il 2 milyon qan köçürülməsi əməliyyatı keçirilir və pasientlərə bu qanın hamilə qadınlardan alınıb-alınmadığı barədə məlumat verilmir.
Leidendəki Qan Mərkəzindən professor Rutger MiddelburgAmerican Medical Association jurnalında yazır ki, qadınların hamilə vaxtında onlardan alınmış donor qanının vurulduğu kişilərdə ölüm hallarının sayı əhəmiyyətli dərəcədə artır.
Professor bildirir ki, belə bir vəziyyətin səbəbi həm də hamilə qadınlarla kişilər arasındakı dəmir elementinin miqdar fərqi ola bilər.
Məqalədə deyilir ki, həkimlər ölüm hallarının araşdırılması üçün 31 min xəstənin tarixçəsini öyrəniblər. Bunlara 2005-2015-ci illər arasında Hollandiyanın 6 xəstəxanasında qan köçürülmüşdü.
Müqayisələr göstərib ki, kişilərə hamilə qadınlardan alınmış qan vurulduqda hər min nəfərə 101 ölüm hadisəsi qeydə alınıbsa, kışi qanı köçürülmüş kişilər arasında belə halların sayı 80 olub.
Hərçənd Açıq Universitetdən professor Kevin McConway fərqin əhəmiyyətli olmadığına inanır.
O deyib ki, bu müşahidə təcrübəsidir və burada nəyin nəyə səbəb olduğunu qəti demək çətindir.
Professor bunu da əlavə edib ki, bu təcrübələrdə yalnız Hollandiyaya aid məlumatlar araşdırılıb, halbuki başqa xalqlarda ölüm faizi tamamilə başqa genetik göstəricilərdən asılı ola bilər. (bbc)

İnterpress.az