Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Mitinqə getdiyim üçün nazirliyə çağırılmışdım” - Əməkdar artist

Akademik Milli Dram Teatrının ("Azdrama") aktyoru, əməkdar artist Abbas Qəhrəmanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dərc edilib: 18 oktyabr 2017 [17:47]
Baxış sayı: 276

Əməkdar artist "Report"a açıqlamasında işdən çıxarılmadığını, hazırda aktyor kimi fəaliyyətini davam etdirdiyini deyib. O, Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqində iştirak etməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində olduğunu təsdiqləyib: "Nazirliyə getmişdim. Soruşdular ki, nə məsələdir. Mən də izah etdim, məsələ aydınlaşdı. Onlar məni başa düşdülər və söhbət qurtardı. Teatrda, ya da ayrı işlərimdə heç bir problemlə qarşılaşmıram. İşlərim əvvəlki kimi öz qaydası ilə gedir".

Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.

Onların Milli Şuranın mitinqinə qatılmasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də münasibət bildirib: "Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil.

Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

Qeyd edək ki, "Azdrama"da çalışan əməkdar artist Ayşad Məmmədov işdən çıxarılıb.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460