Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir

Ötən gün mətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc edildi. Məlumatda qeyd edilirdi ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq.

Dərc edilib: 18 oktyabr 2017 [21:19]
Baxış sayı: 253

Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik.

Modern.az-a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə parlamentin gündəliyində belə bir məsələ yoxdur və gələcəkdə də gözlənilmir:

"Azərbaycanda sosial siyasət davamlı olaraq insanların rifah halının yüksəldilməsinə xidmət edir. Bu mənada əlillərə hər zaman dövlət qayğısı xüsusilə gücləndirilir və gələcəkdə də bu siyasət davam etdiriləcək. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bizim prioritet əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsidir”.

Yayılan məlumatların tam yanlış olduğunu deyən Hadi Rəcəbli bu xəbəri təkzib edib.

İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458