Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


3 yaşlı Arzunun ölümü ilə bağlı şahidlər ifadə verib

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dərc edilib: 18 oktyabr 2017 [21:58]
Baxış sayı: 403

Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Klinikada pediatr işləyən Aytən Əkbərova ifadəsində deyib ki, hadisə günü axşam saat 20:00 radələrində Arzu Qurbanlının vəziyyətinin pis olduğunu görüb: "Dərhal həmin palataya getdim. Gördüm ki, həkim növbətçi reanimotoloq reanimasion tədbirlərə başlayıb. Təxminən 30 dəqiqə çalışsaq da, uşağı xilas edə bilmədik".

O qeyd edib ki, uşağın anası Xəyalə Qurbanlı ilə heç bir danışığı olmayıb. Onun ifadələrində ziddiyyət olduğu üçün ibtidai istintaqa ifadəsi elan olunub. Şahid isə ibtidai istintaqa ifadəsini təkzib edib.

Digər şahid klinikanın tibb bacısı Bənövşə Yadigarova isə deyib ki, uşaq əməliyyat olunan gün növbədə olub və əməliyyatda iştirak edib. Onun sözlərinə görə, əməliyyat normal keçib: “Yarım saat əməliyyatda oldum və uşağın palataya köçürüldüyünü gördüm”.

B. Yadigarova da ibtidai istintaqa ifadəsini təkzib edərək, orda düzəliş olduğunu iddia edib.

Proses oktyabrın 25-də davam etdiriləcək.

Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib. ( apa )

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460