“Günəşdə möhtəşəm hadisələr baş verib”backend

“Günəşdə möhtəşəm hadisələr baş verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, sentyabr ayından bəri Günəşdə möhtəşəm hadisələr baş verirdi.

“Həmin hadisələrin Yerə təsiri böyük idi. Həmin hadisələr Yerin maqnit sahəsini möhkəm silkələyib. Maqnit sahə Yerdəki insanları kosmosda gedən proseslərdən qoruyur. Günəşdən çıxan atılmalar həmin maqnit sahəsini silkələyib və Yerdə də böyük maqnit qasırğaları əmələ gəlib”, – deyə N.Cəlilov bildirib.
Alimin sözlərinə görə, həmin hadisələr sonuncu dəfə oktyabr ayının 14-də qeydə alındı: “Hazırda Günəş sistemində sakitçilikdir. Qasırğalar sönüb. Qasırğaların mənbəyindən iki hadisə olur. Maqnit dəliklərindən plazma seli axır və Yeri silkələyir. Yaxud da, alışmalar olur ki, bunun da nəticəsində güclü şüalanmalar olur. Bu zaman da, insanlar bu şüalanmanı hiss edirlər. Hazırda təhlükə sovuşub. İndi növbəti təhlükəli anları gözləyirik. Bu proqnozlar NASA tərəfindən izlənildikdən sonra verilir. Bizim isə hələlik əlimizdə elə avadanlıq yoxdur ki, kosmosda baş verən hadisələri izləyək və proqnozlar verək. Biz də NASA-nın verdiyi proqnozlar əsasında analizlər aparıb, nəsə deyə bilirik”.

İnterpress.az