THE FİRST mükafatları təqdim olundu – FOTOLARbackend

THE FİRST mükafatları təqdim olundu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Müstəqillik Günümüzün qeyd olunduğu tarixdə “Hilton” otelində “THE FİRST” mükafatının VIII təqdimetmə mərasimi baş tutub.

Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, millət vəkilləri İsa Həbibbəyli, Məlahət İbrahimqızı, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyənin mədəniyyət nazirinin müavini Hüseyin Yayman, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri Seyid Ahmed Arslan və bir sıra şəxslər qatılıb. Tədbirdə həmçinin, Türkiyə və Cənubi Azərbaycandan olan qonaqlar da iştirak edib.

Mükafatçılar sırasında elm, siyasət, iqtisadiyyat, mədəniyyət və ədəbiyyat aləminin tanınmış nümayəndələri də var.

28 nəfərə müxtəlif nominasiyalar üzrə “THE FİRST” mükafatı təqdim olunub. Mükafatçılar sırasında xalq artistləri Firəngiz Əlizadə, Rasim Balayev, Alim Qasımov, bəstəkar Gövhər Həsənzadə və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da olub, Cənubi Azərbaycandan Fəranək Fərid də var. Eyni zamanda 3 nəfərə İLESAM-ın “Türk dünyası onur” medalı verildi.

Qeyd edək ki, sabah Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü qardaşlıq mədəniyyəti” adında ədəbi-bədii gecə keçiriləcək. Bu ümumi layihələrin keçirilməsində “Büyükfırat” və “Azərkitab”ın böyük təşkilatı dəstəyi var.

Qeyd edək ki, “THE FİRST”in informasiya dəstəkçisi İntetpress.az və “YeniÇağ” Media Qruplarıdır.

Cəvahir
Foto: Aytək
Yenicag.Az

İnterpress.az