Qadınlar cinsi əlaqəyə girdikləri kişinin yaşayan DNT-sini qəbul edir və…backend

Qadınlar cinsi əlaqəyə girdikləri kişinin yaşayan DNT-sini qəbul edir və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qəribə fakt oğlan uşağına hamilə olan qadınların kişilərdə daha çox rast gəlinən nevroloji xəstəliklərə meylli olub-olmadıqlarını öyrənmək üçün aparılan araşdırma zamanı üzə çıxıb. Ancaq elm adamları qadın beynini incələdikcə təəccüblərinə səbəb olan nəticələrlə qarşılamağa başlayıblar. Aydın olub ki, qadın beyni düşündüyümüzdən də sirlidir.
Araşdırma nəticəsində qadın beyninin \”kişi mikroximerizmi”ni (mikroximerizm – çoxhüceyrəli orqanizmlərdə hüceyrələrin cinsi əlaqədən kənar yollarla dölə nüfuz etməsi) daşıdığı məlum olub. Başqa sözlə desək, qadın beyni fərqli bir şəxsdən gələn, qadını yaradan hüceyrələrdən genetik baxımdan tamamilə ayrı olan kişi DNT-sinin varlığını daşıyır.

Araşdırmaya qatılan qadınların 63 faizinin (59 şəxsdən 37-si) beyinlərində kişi mikroximerizmini daşıdığı aşkarlanıb. Elm adamları kişi DNT-sinin haradan gəldiyi ilə maraqlanmağa başlayıblar. Qadınların atalarındanmı? Xeyr. Atanın DNT-si ananınkı ilə birləşərək, öz DNT-nizi yaradır. O zaman bu DNT-lər haradan gəlir?

Araşdırma boyu elm adamları ən uyğun cavabın bu olduğunu fərz edirdilər: Qadın beynində yaşayan kişi DNT-lərinin hamısı oğlan uşağına hamilə olarkən yaranır. Bu, ən etibarlı variant ola bilərdi. Ancaq araşdırmaçılar bu fərziyyənin dəqiq olmadığını görürlər.

Çünki nəinki oğlan uşağı doğmayan, ümumiyyətlə, heç vaxt hamilə qalmayan qadınların beyinlərini də araşdırdıqda kişi DNT-sinin mövcud olduğu üzə çıxıb. Bu vəziyyətdə alimlər suallara cavab tapmaq üçün araşdırmanı davam etdiriblər və daha tutarlı nəticələr tapıblar.

NƏTİCƏLƏR:

Elm adamlarının gəldiyi qənaətə görə, qadın beynində mövcud olan kişi mikroximerizminin ehtimal olunan digər qaynaqları bunlardır:

1. Qadının xəbəri olmadan döl salması;
2. İtirilən oğlan əkiz tayı;
3. Ana bətnində olarkən əvvəlki qardaşdan qalma hüceyrələrin mənimsənilməsi;
4. Cinsi əlaqə.

Qadınların 63 faizinin beyinlərində kişi DNT-sini daşıdığı faktını nəzərə alsaq, sual yaranır: bu 4 qaynaqdan ən çox uyğun olanı hansıdır?

İlk üç variant qadınların çox az faizinə tətbiq oluna bilər. Dördüncü variant isə olduqca geniş yayılıb. Hətta araşdırmaya qatılan qadınlar arasında yaşca böyük olanlar da vardı. Onlardan bəziləri yaşayan kişi DNT-sini 50 ildən çox bədənlərində daşıyıblar.

SEKS

Bu vəziyyətin qadınlar baxımından bir çox əhəmiyyətli nəticəsi var. Spermatozoidini qəbul etmiş olduğunuz hər kişi həyatınız boyunca yaşayan bir hissəniz halına gəlir, xanımlar. Sperma canlıdır. Yaşayan hüceyrələrdən ibarətdir. Bədəninizə düşdükdə bir divara dəyənədək hərəkət edir və bir yerdə bətninizə bağlanır. Ağızdan daxil olduqda isə burun kanalları, daxili qulaqlar və gözlərin arxasınadək nüfuz edir və o nahiyələrdə qərar tutub qalır. Burada qan dövranına nüfuz edir, beyində və onurğa iliyində toplanır. Bir sözlə, bir parçanız halına gəlir və ondan xilas olmaq mümkün deyil. (ailem.az)

İnterpress.az