Almaniyada polis itlərinə pensiya hüququ verildibackend

Almaniyada polis itlərinə pensiya hüququ verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Berlin Əyalət Məclisi Daxili İşlər Komissiyası keçirdiyi son iclasda polis itlərinə pensiya hüququ verilməsini qərara alıb.
Buna görə yeddi il yeddi ay ərzində polis iti kimi polisdə xidmət edən itlər pensiya hüququ qazanacaq. İtlərə qidalanmaları və məskunlaşmaları üçün hər ay 2800 manat pensiya ödənəcək. Berlin Polis İdarəsində 2012 -2016-cı illər ərzində 73 polis iti fəaliyyət göstərib. İtlər ictimai asayişlə yanaşı, narkotik cinayətləri ilə mübarizədə də böyük xidmət göstəriblər.

İnterpress.az