Salyanda faciə: tibb bacısı işləyən ana işə getdi, 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı…backend

Salyanda faciə: tibb bacısı işləyən ana işə getdi, 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı “Ay İşığı “ marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və… bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb…

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb.

İnterpress.az