Telefon oğruları yaxalandıbackend

Telefon oğruları yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DİN-nə istinadən xəbər verir ki, ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.

İnterpress.az