Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndibackend

Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çovdarov güllələnib.

İnterpress.az-ın Gaxa.ge saytına istinadən məlumatına görə, hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata əsasən, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov güllələnib.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralı şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az