Milli Məclisin növbəti plenar iclası başlayıb – YENİLƏNİBbackend

Milli Məclisin növbəti plenar iclası başlayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.

Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə – Hüquq Şurası haqqında”, \”Mədəniyyət haqqında\”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

***

İclasın gündəliyinə Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən \”Banklar haqqında\”, \”Poçt haqqında\”, \”Məhkəmələr və hakimlər haqqında\”, \”Mədəniyyət haqqında\” və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 20 məsələ daxildir.

İclasda həmçinin \”Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında\” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.

İnterpress.az