“U-17” və “U-19” millimizin baş məşqçiləri qovuldubackend

“U-17” və “U-19” millimizin baş məşqçiləri qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.

Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.

Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.

Qeyd edək ki, U-17 millimiz son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb – 2:1.

Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.

İnterpress.az