Şabranda quş ovlayan ərəb saxlanıldıbackend

Şabranda quş ovlayan ərəb saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.
Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

Reyd “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə keçirilib.

İnterpress.az