Miqrasiya Məcəlləsinə dəyişiklik edilib – Bu sənədlər tələb olunmayacaqbackend

Miqrasiya Məcəlləsinə dəyişiklik edilib – Bu sənədlər tələb olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.

Belə ki, məcəllənin 53-cü – Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər) maddəsində nəzərdə tutulan bəzi sənədlər tələb olunmayacaq.

Bu sənədlər ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləridir.

Bundan sonra iş icazəsinin verilməsi üçün Azərbaycan ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti də tələb edilməyəcək.

Layihədə göstərilib ki, həmin sənədlərin olmaması üçün icazənin alınmasının (müddətin uzadılmasının) heç bir əhəmiyyəti yoxdur. (report)

İnterpress.az