Gələn il Beynəlxalq Bankın kreditorlarına 442 mln. manat ödəniləcəkbackend

Gələn il Beynəlxalq Bankın kreditorlarına 442 mln. manat ödəniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, bu artım əsasən \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin (ABB) sağlamlaşdırılma tədbirləri çərçivəsində qəbul edilmiş könüllü restrukturizasiya planına uyğun olaraq dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısında olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclərin 208-ci ilə düşən hissəsi (441,9 mln. manat) ilə əlaqədardır. Belə ki, 2017-ci ilin 1 sentyabr tarixində Azərbaycan hökuməti tərəfindən 2 mlrd. 265,9 mln. dollar həcmində emissiya edilmiş xarici valyutada denominasiya olunan dövlət istiqrazları İrlandiya fond birjasında qeydiyyata alınıb və ABB-nin kreditorlarına təqdim olunub. ABB-nin kreditorlar qarşısında öhdəliklərinin dövlətə ötürülməsi üçün \”Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında\” qanununda dəyişikliklər edilərək, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 4 mlrd. manat məbləğində artırılıb. Göstərilən dövlət istiqrazlarının buraxılması dövlət borcunun nisbətinə artması ilə nəticələnsə də, hazırda dövlət borcu dayanıqlı səviyyədədir.

İnterpress.az