Millət vəkili abortların artmasından danışdıbackend

Millət vəkili abortların artmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: \”Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza məqamları arasında uyğunsuzluq var”.

Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: \”Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcnburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Bunun əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.

O həmçinin cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: \”Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”. ( qafqazinfo.az )

İnterpress.az